Vstone-nun çöhrəsiz robot-körpəsi

  • 14 Yanvar 2020

Yapon robot texnikası şirkəti “Vstone” “Hiro-chan” adlı siması olmayan robot-körpəni təqdim edib.

“Hiro-chan” adətən tək qaldıqda ağlayır, lakin qucağa götürüldükdə sakitləşərək gülməyə başlayır. Robot-körpə yüzdən çox fərqli səsə sahib olsa da, üzü yoxdur. Məhz buna görə də onun əhval-ruhiyyəsini siması ilə deyil, yalnız səsi ilə müəyyən etmək mümkündür.

Robotun əsas xüsusiyyətlərindən biri insanlarla təbii şəkildə ünsiyyət qura bilməsidir. O, insanın emosional vəziyyətini tanıyır, eyni zamanda ona uyğun reaksiyalar verə bilir. Mütəxəssislər  “körpə”də sima olarsa, onun daha az inandırıcı olacağını, eləcə də istifadəçilərin qurğunun səs siqnallarına qulaq asmaqla onun üzünü özlərinin canlandıra biləcəklərini qeyd edirlər.

Şirkətin mütəxəssislərinin fikrincə, üzün olmaması robotla istifadəçi arasında münasibətləri daha da yaxşılaşdıracaq. Qeyd edirlər ki, “Hiro-chan” ən az robotların simalı növü qədər məşhurlaşacaq.

nanonewsnet.ru saytının məlumatına görə, robot-körpənin duyğularını ifadəetmə qabiliyyəti yalnız sadə ünsiyyət üçün deyil, həm də təlim üçün əhəmiyyətlidir. Onlar autizmli uşaqlara emosional idrakda kömək edirlər. “Hiro-chan” iməkləyə bilmir, ancaq gülüş səsləri hətta başqa bir otaqdan eşidilə bilir.

İstehsalçılar “Hiro-chan”ın hətta qocalar evində ahıllara onlara kömək edə biləcəyinindən əmindirlər.

https://www.youtube.com/watch?v=siG4VePZWXw&feature=emb_title

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır