Azərbaycana "Opel" avtomobilləri Almaniyadan gətirilir
Azərbaycanda satılan yeni "Opel" avtomobilləri ucuzlaşacaq. Buna səbəb "Opel"in ölkəmizə gətirilən bəzi modellərinin indiyədək olduğu kimi Almaniyada deyil, Rusiyada istehsal olunacağıdır.
Belə ki, bu ildən etibarən Rusiyanın Kaluqa şəhərindəki "Opel" zavodunda istehsal olunan "Opel" avtomobillərinin model sayı 2-dən 6-ya qaldırılır. Sözügedən zavodda indiyədək "Zafira Life" minivenləri və "Grandland X" krossoverləri ilə yanaşı, "Vivaro" furqonları və daha 3 model istehsal olunacaq.
chip.az-ın məlumatına görə, "Opel" avtomobillərinin Azərbaycandakı rəsmi satış təmsilçisindən FED.az-a bildiriblər ki, planlar baş tutarsa, mart-aprel aylarından etibarən Rusiyada istehsal olunan "Opel" avtomobilləri ölkəmizə gətiriləcək. Bu zaman qiymətlər də əvvəlki ilə müqayisədə daha ucuz olacaq. Qeyd edək ki, hazırda "Opel"in ölkəmizdəki rəsmi distribüteri avtomobilləri Almaniyadan gətirir.
Məlumat üçün bildirək ki, Azərbaycanda “Cahan Motors” tərəfindən "Opel"in "İnsignia", "Corsa", "Astra" və "Mokka" modelləri satılır. "Opel İnsignia"ların qiyməti 45,9 – 85 min mana