Əvvəl qol kralı idi, indi Uber-də sürücü işləyir

  • 14 Yanvar 2020

Türkiyədə haqqında həbs qərarı çıxarılan və əmlakı müsadirə edilən məşhur futbolçu Hakan Şükür Amerika Birləşmiş Ştatlarında (ABŞ) "Uber" sürücüsü olub.

 

Chip.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dünya çempionatlarında vurulan ən erkən qolun müəllifi olan H.Şükür bəzi şəxslərin ABŞ-da açdığı kafeyə gələrək dombra çaldığını açıqlayıb. Sabiq futbolçu bundan sonra kafeni bağlayaraq mobil tətbiq vasitəsilə xidmət göstərən "Uber"də sürücü kimi işə başlayıb.

 

Qeyd edək ki, 2015-ci ildə ABŞ-a mühacirət edən H.Şükürün haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə həbs qərarı verilib. Bütün əmlakı dondurulumuş atasının məhkəməsi isə hazırda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər