Dünyanın texnologiya nəhənglərindən sayılan “Samsung Electronics” şirkəti bazar qiymətinə görə, 10 pillə qalxaraq qlobal miqyasında 18-i yerə yüksəlib.
chip.az ted.az-a istinadən xəbər verir ki, ötən ilin yanvar ayının 2-dən bu günə kimi şirkətin bazar dəyəri 95,08 milyard dollar artaraq 301,65 milyard dollara çatıb. Bu müddət ərzində isə “Samsung Electronics”in aksiyaları 51% artıb. Şirkətin səhmləri hazırda 52 dollar dəyərində qiymətləndirilir.
Yeni ilin ilk 10 günündə xarici şirkət səhmdarları “Samsung”un aksiyalarına 540 milyon dollar yatırım ediblər.
Onların fikrincə, şirkətin səhmləri daha da artacaq.