Dünyada smartfonlar üçün ən kiçik 3D kamera təqdim edilib

  • 10 Yanvar 2020

3D kameralar kimi tanınan "ToF" modullar qurğunun sahibini müəyyənləşdirmək, ödənişləri təsdiqləmək və ya çəkiliş keyfiyyətini artırmaq üçün əsas kameranın bir hissəsi kimi bir çox istehsalçıların smartfonlarında istifadə olunur. Almaniyanın "PMD Technologies AG" şirkəti dünyada ən yığcam belə sensoru təqdim edib. Həmin sensorun əsas özəlliyi yüksək təsvir ölçüsü və nazik qurğulara quraşdırılma imkanıdır.
 
chip.az-ın "4pda.ru" saytına istinadən yazır ki, VGA təsvir ölçüsü və 5 mkm piksel ölçüsünə malik "IRS2877C" təsvir sensoru əsasında işləyən yığcam modul üz tanıma və jestlə idarəetmə daxil olmaqla müxtəlif məsələlərin həlli üçün nəzərdə tutulub. Miniatür ölçüyə malik olması sensoru smartfon və başqa mobil qurğulara quraşdırmağa imkan verir. İstehsalçıların iddiasına görə, sensor smartfonun kamerası moduluna daxil edildikdə fokuslamanı və bulanıqlıq effektinin keyfiyyətini xeyli yaxşılaşdırır.
 
Sözügedən yığcam modulun tədarük tarixi və qabaqcıl 3D kamera ilə təchiz ediləcək ilk smartfonların siyahısı haqda məlumat yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır