Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə mühəndis-proqramçı ixtisası üzrə işçi tələb olunur.
Bu barədə Ted.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, mühəndis-proqramçının biliklərinə dair tələblər aşağıdakılardır:
Məlumat bazası bilikləri: Oracle, Oracle Pl/Sql
Proqramlaşdırma bilikləri: C#
Web Texnologiyaları: HTML, CSS, JavaScript, Ajax, JQuery, Angular js (arzu olunandır)
Web Servislər: Restful, DevExpress (.Net), Versioncontrol (SVN, VisualSvn, Git /Git Hub), Reporting (FastReport, XtraReport, JasperReport), Application Servers (Glassfish, Tomcat, JBoss)
İşə qəbulla əlaqədar namizədlər CV formalarını Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin ikt@prosecutor.gov.az elektron poçt ünvanına göndərə bilərlər.