Apple şirkəti iCloud ehtiyat bazasına yığılan şəkilləri skan edir.
chip.az xəbər verir ki, bu haqda şirkətin məxvi şöbəsinin direktoru Jane Horvath məlumat yayıb.
Şöbə direktorunun məlumatına görə, İCloud-da olan şəkillərin skan edilməsində əsas məqsəd uşaqlara qarşı qəddar rəftar və cinsi zorakılıq əlamətlərinin olub-olmadığını müəyyən etməkdir.
Şəkillərin skan edilməsi avtomatik formada müasir texnologiya əsasında aparılır. Skan edilən şəkillərdə şiddət və cinsi zorakılıq aşkarlandıqda onların aid olduğu hesablar dərhal bloklanır.