2018-ci ildən 2022-ci ilə qədər artım ildə 23% təşkil edəcək
Fitnes-qolbaqların və ağıllı qulaqlıqların uğuru ilə şərtlənən daşınan elektron qurğular bazarının sürətlə artması fonunda ağıllı geyim və ayaqqabılar kölgədə qalıb. Bununla yanaşı, Technavio analitikləri iddia edirlər ki, 2018-ci ildən 2022-ci ilə qədər ağıllı ayaqqabı bazarı orta hesabla ildə 23% artacaq.
chip.az xarici mətbuata istinadən xəbər verir ki, fitness fəaliyyətinin populyarlığı tələbat mühərriki rolunu oynayır və istehsalçıları yeni kateqoriyalı məhsulların inkişafına sərmayə qoymağa təşviq edir. Addımların hesablanması funksiyası olan ayaqqabı kimi məhsullar istehlakçılar arasında populyarlıq qazanmağa başlayır, çünki fiziki fəaliyyətə nəzarət etməyə və planlaşdırmağa kömək edir.
Analitiklərin fikrincə, bu şəraitdə müştəri bazasının qorunub saxlanmasına və genişləndirilməsinə yönəlmiş effektiv brendinq strategiyaları ön plana çıxacaq. Technavio-da, strateji tərəfdaşlığın bazara müsbət təsir göstərəcəyinə və proqnozlaşdırılan müddət ərzində onun böyüməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyinə əmindirlər. Söhbət müxtəlif xüsusiyyətləri olan ağıllı ayaqqabıları inkişaf etdirmək üçün tanınmış ayaqqabı tədarükçüləri və texnologiya nəhəngləri arasında ittifaqlardan gedir. Proqnozlaşdırılan müddət ərzində dünya ağıllı ayaqqabı bazarının artımını məhz bu tendensiyanın stimullaşdıracağı gözlənilir.