İranda Boeing 737 qəzaya uğradı: 176 nəfərin öldüyü deyilir - YENİLƏNİB

  • 08 Yanvar 2020

Ukrayna Hava Yollarına aid olan "Boeing 737-800" Tehrandakı Beynəlxalq İmam Xomeyni Hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. 

 

chip.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk açıqlamalarda təyyarədə 180 nəfərin olduğu deyilsə də, hava limanının mətbuat xidmətindən bildirilib ki, bortda 167 sərnişin, 9 heyət üzvü olub.

 

İran hələlik hadisə haqqında rəsmi açıqlama verməyib. Kütləvi informasiya vasitələri isə heç kimin sağ qalmadığını yazır.

 

 

*** 11:39

 

Boeing 737 reysində həlak olan sərnişinlərin siyahısı açıqlandı:

 

2 — Ukrayna vətəndaşı və Ukraynadan təxminən ekipaj üzvünün 13 nəfəri

73  — Kanada vətəndaşı

71 — İran vətəndaşı  

8 — İsveç vətəndaşı

6 — Əfqanıstan vətəndaşı

4 —  Almaniya vətəndaşı  

3 —  Böyük Britaniya vətəndaşı  

 

Təyyarənin terror hücumuna məruz qalması təkzib edilir. Hava nəqliyyatının qara qutusu artıq tapılıb.

 

Qeyd edək ki, Ukrayna Hava Yollarının sərnişin təyyarəsi Tehran hava limanından yola çıxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə 168 sərnişin və 9 ekipaj üzvünün hamısı ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər