LG şirkəti avtomobil, qatar və təyyarələr üçün şəffaf OLED displeylərini təqdim edib

  • 07 Yanvar 2020

“LG” şirkəti avtomobil, qatar və təyyarələr üçün şəffaf OLED displeylərini təqdim edib. Şirkətin digər hazırlamalarına qatlanan televizor ekranını nümunə göstərmək olar.

 

Chip.az-ın “hightech.fm” saytına istinadən yazır ki, “LG Display” ilk 2018-ci ildə rulon kimi burulan 65 düymlük çox nazik OLED displeyini təqdim etmişdi. Ekran 4K formatında videonu yayımlamağa imkan verir. İndi şirkət “CES 2020” sərgisində rulon kimi burulan kütləvi televizor modelini təqdim etməyə hazırlaşır.

 

Bundan başqa, şirkətin sərgidəki stendində təyyarənin illüminatorlarına quraşdırılmış OLED displeylərdən ibarət video divar təqdim ediləcək.

 

Mühəndislərin ideyası sərnişinlərə salonun daxilində böyük məkan hissi yaratmaqdır, lakin aviaşirkətlər böyük ehtimalla bu texnologiyadan birinci dərəcəli sərnişinlərə əlavə üstünlüklər yaratmaq üçün istifadə edəcəklər.

 

“LG” şirkəti, həmçinin avtomobillər üçün 4 plastik OLED displeydən ibarət cihaz paneli təqdim edəcək: 14 düymlük əsas ekran, 12,3 düymlük informasiya displeyi, 12,3 düymlük "Co-Driver" displeyi və 12,8 düymlük mərkəzi panel.

 

Bildirək ki, “CES 2020” sərgisi bu gündən öz işinə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır