Yelobank-ın EasyPay-ə qarşı 326 min manatlıq iddiası təmin edilib

  • 28 Dekabr 2019

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Yelobank” ASC-nin (NikoylBank) “EasyPay” MMC-yə qarşı 326 min 484 manat 72 qəpik pul tələbinə dair iddiaya baxılıb.

Hakim Leyla  Əliyeva iddianın təmin edilməsi barədə qərar çıxarıb.

Qərara əsasən, “Easypay” MMC-dən əsas borc və faiz daxil olmaqla ümumilikdə 326.484,72 manat, həmçinin 30 manat dövlət rüsumu tutularaq “Yelobank” ASC-yə ödəniləcək.

Qeyd edək ki, tərəflər arasında müqaviləyə əsasən, “EasyPay “ MMC ödəmə terminalları vasitəsilə ödəyicilərdən yığılan bank kreditlərinin və istənilən digər ödənişlərin yığılması, yığılan vəsaitlərin sifarişçinin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmət göstərməli idi. Lakin iddiada qeyd edilir ki, “EasyPay” MMC müqavilənin şərtlərini pozaraq, müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırıb.

Bu səbəbdən də bank məhkəməyə müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər