WhatsApp messencerində daha bir YENİLİK

  • 28 Dekabr 2019

"WhatsApp" messenceri qrup çatlarında avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirməyə başlayıb. Bu haqda "91Mobiles" nəşri məlumat verib.

Nəşrin məlumatına görə, funksiya mesajları avtomatik təmizləməyə və telefonun yaddaşına qənaət etməyə kömək edəcək. Adi istifadəçilərə əlçatmaz olan sözügedən funksiyadan yalnız çat administratorları istifadə edə biləcəklər.

Yeniləmə "Android" sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün "WhatsApp 2.19.275" yeniləməsində qeydə alınıb, ancaq son beta-versiyada bu funksiya "Mesajları silmək" adlandırılıb.

olaylar.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər