Havay adalarında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb

  • 27 Dekabr 2019

ABŞ-ın Havay ştatında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb.

Chip.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Hawaii News Now" telekanalı məlumat yayıb.

Helikopterin tapılması istiqamətində suda və havada axtarış xilasetmə işləri aparılır.

 

Helikopterdə bir pilot və 6 sərnişinin olduğu bildirilir. Onlardan ikisi azyaşlıdır. Helikopter elektron lokatorla təchiz olunsa da, axtarış xilasetmə xidməti heç bir siqnal almayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər