Almaniya əlavə Meteor raketləri sifariş edib

  • 27 Dekabr 2019

Chip.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə raketlərin istehsalçısı MBDA şirkətinin Baş direktoru Erik Beranger məlumat verib.

Qeyd olunur ki, “Meteor” dünyanın ən inkişaf etmiş “hava-hava” raketidir və digər bu tip raketlərə nisbətən daha sürətlidir.

Məlumata görə, bu raketlər hava və ətraf mühit şəraitindən asılı olmayaraq düşmən qırıcılarını uzaq məsafədən vurma bacarığına malikdir. Dağıdıcı gücünü artırmaq üçün “Meteor”un fraqmentasiya edilmiş başlığı hədəfə ən optimal məsafədə olduqda işə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər