Amazon-un satışları - REKORD VURUB

  • 27 Dekabr 2019

ABŞ-ın onlayn pərakəndə satış şirkəti olan "Amazon" bu ilin dekabrında Milad bayramının alış-veriş mövsümündə rekord həcmdə məhsul satıb.

"Amazon"un səhmləri S&P 500 indeksində ən yüksək artım göstərib və şirkət bu ilin bayram alış-verişi mövsümündə satış həcmlərinin rekorda çatdığını bildirərək, milyardlarla məhsulun göndərildiyini və on milyonlarla satıldığını xəbər verib.

Qeyd edək ki, "Amazon"un bayram ərəfəsində satdığı ən populyar məhsullar "Echo Dot" "ağıllı" səsgücləndirici, "Fire Stick" TV dəsti və "Echo Show 5" smart-ekran olub.

APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır