Lexus RX yeni standartlar yaradır - FOTO

  • 27 Dekabr 2019

Premium krossoverlər seqmentinin pioneri sayılan Lexus RX modelinin payızda təqdim edilmiş yeni nəsli bu seqment üçün yeni standartlar təyin edib. Zərif və dinamik eksteryer, yüksək funksionallığı ilə seçilən interyer, dünyada ilk dəfə tətbiq edilən BladeScan Type AHS işıq texnikası, Lexus Safety System+ təhlükləsizlik sistemləri, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən müasir multimedia platformalari, sensorlu ekran, sensorlu idarəetmə paneli Lexus RX modelini daha da mükəmməl edib.

Yeni Lexus RX modelinin zərif və dinamik görünüşlü eksteryeri yeni korporativ dizayn üslübunu əks etdirir. Avtomobilin ön hissəsindən başlayan və arxa hissəsinə qədər davam edən xətt Lexus RX modelinə sürət və zəriflik hissi bəxş edir.

Yeniliklər yalnız xarici görünüşlə bitmir, onlar həmçinin rahatlıq və idarəetmə dinamikasında da özünü büruzə verir. Yeni RX özündə bayraqdar LC kupesi və LS sedanının özəlliklərini əks etdirir. Mühəndislər hər bir detal üzərində diqqətlə işləyiblər: kuzovun sərtliyi artırılmış, asqı sistemi təkmilləşdirilmiş, yeni amortizatorlar və əyləc sistemi quraşdırılmışdır. Yeniliklərin sayəsində avtomobil daha dəqiq və dinamik idarəetmə xüsusiyyətlərinə sahib olub. Bu isə, öz növbəsində, sürücünün avtomobildə özünü daha rahat və əmin hiss etməsinə şərait yaradır.

Lexus şirkətinin baş mühəndisi Takeaki Kato qeyd edir ki, yeni krossoverin kuzovunun sərtliyini yüksəltmək üçün qaynaq nöqtələrinin sayı artırılıb, həmçinin birləşimə nöqtələrində daha möhkəm yapışqan istifadə edilib. Kuzovun yana əyilmələrinin qarşısının alınması üçün köndələn dayanıqlılıq stabilizatorlarının qalınlığı 1 mm artırılıb. Yeni amortizatorlar da yana əyilmələrin azaldılmasına xidmət edir. ESP sistemi Active Cornering Assist funksiyası ilə təchiz olunub. Bu funksiya sayəsində şassinin dönmə çatışmamazlığı azalır və sürücünün döngələri yüksək sürətlə keçməsinə şərait yaradır. Bununla yanaşı, avtomobilin hərəkət yumşaqlığı yaxşılaşdırılıb ki, bud a sərnişinlərin avtomobildə rahat səyahət etməsini təmin edir.

Yeni mütərəqqi BladeScan AHS işıq texnologiyası təhlükəsizliyi artırmağa xidmət edir. Sistem fənərin daxilindəki hər bir diodu ayırılıqda yandırıb-söndürə bilir ki, bu da işıq axınını daha dəqiq bölüşdürülməsini təmin edir. Sistem avtomobilin yuxarı hissəsində yerləşdrilən kameralar sayəsində öndə gedən və qarşıdan gələn avtomobillərin işıqlandırılmasını təhlil edirək, işıq axının düzgün yönləndirilməsini təşkil edir. Bu isə, öndə olan və qarşıdan gələn avtomobillərin sürücülərini "kor" etmir. Bu sistem sayəsində günün qaranlıq vaxtlarında yol daha yaxşı işıqlandılır. Sistem sürücünün müdaxiləsi olmadan, avtomatik şəkildə uzaq və yaxın işıq rejimlərini dəyişir.

 

Digər yenilik isə, Lexus Safety System+ təhlükəsizlik sistemləri kompleksinin intellektual kameralarıdır. Onlar yol səthində olan ağ və sari xəttləri izləyir, avtomobil hərəkət zolağından çıxdığı anda sürücünü ön şüşəsdəki visual görüntü, salondakı səs siqnalı və sükandakı vibrasiyalar vasitəsi ilə xəbərdar edir. Bundan başqa, sistemdə xüsusi tənizmləmələr etməklə, avtomobilin rəvan şəkildə öz hərəkət zolağına qaytarılmasını təmin etmək də olar. Bu iki funksiya uzun səyahətlər zamanı sürücünün diqqətini yolda saxlayaraq, avtomobilin idarə edilməsini daha da asanlaşdırır.

Yeni nəsil Lexus RX modeli yeni sensorlu displey və mərkəzi konsolda yerləşən taçpəd ilə təchiz edilib. Onlar toxunmaya rekasiyanı təmin edən müasir texnologiyaya malikdirlər. Krossoverin multimedia sistemi Apple CarPlay və Android Auto platformalarını dəstəkləyir ki, bu da multimedia sistemindən istifadəni asanlaşdırır. Onların köməyi ilə smartfonları multimedia sisteminə qoşaraq, Apple Siri və Google Assistant yardımçılarından istifadə etmək də olar. Bu funksiya da siürücünün diqqətin yolda saxlamağa imkan verir.

Avtomobillərdən istifadənin daha rahat və təhlükəsiz olmasını təmin etmək üçün, Lexus şirkətinin mühəndisləri bütün dünyadakı müştərilərin fikirlərini öyrənərək, bu sahədə tətbiq olunacaq yeni texnologiyaları icad edirlər.

Milli.Az

CHİP.AZ

  •  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır