HUAWEI biznesin qlobal inkişaf strategiyasından bəhs etdi

  • 27 Dekabr 2019

“HUAWEI” şirkəti yaxın illər ərzində biznesin inkişafı istiqamətində planları haqqında məlumat verdi. Qeyd edildi ki, qoşulmuş cihazların və mobil xidmətlərin məşhur növlərini birləşdirən hərtərəfli ekosistemin yaradılması yönündə səy göstəriləcək.

Süni intellektin və “5G” rabitə texnologiyasının fəal inkişafı nəticəsində növbəti onillik “ümumi internet” dövrü olacaqdır. Belə ki, simsiz şəbəkələrə qoşulmuş bütün cihazlar bir-biri ilə qarşılıqlı əlaqədə olaraq, istifadəçilərə tamamilə unikal, əvvəllər əlçatmaz hesab olunan yeni imkanlar təklif edəcəklər. Süni intellektin inkişafı texnologiyalar və insanlar arasında qarşılıqlı əlaqəni sadələşdirəcək, səs və vizual idarəetmə hesabına onu təbii hala gətirəcəkdir.

Qoşulmuş hər bir cihaz smartfonun təklif etdiyi imkanlardan daha üstün olan nadir xüsusiyyətlərə malikdir; məsələn; “HUAWEI Vision” kimi ağıllı displeylər ekranının ölçüsü və sistemin akustik gücü ilə fərqlənir. “HUAWEI FreeBuds - 3” qulaqcıqları yüksək keyfiyyətli səslənmə və səs-küyün effektiv azaldılmasını təklif edir; “HUAWEI GT - 2” ağıllı saatını həmişə rahatlıqla daşımaq mümkündür.

Avtomobil multimedia cihazları isə danışığı məsafədən yaxşı qəbul edir və daha güclü geolokasiya modullarına malikdir. Gələcəkdə sadalanan cihazlar bir-birləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərəcək; məsələn: məşq zamanı smartfonu özünüzlə daşımaq xoşunuza gəlmirsə, onu rahatlıqla soyunma otağında qoya bilərsiniz. Bu zaman qulaqcıqlar sizi sevimli musiqinizdən ayırmamaq üçün avtomatik surətdə ağıllı saata qoşacaq.

Qoşulmuş bütün növ cihazları birləşdirən “HUAWEI” intellektual ekosisteminin əsasında “HUAWEI HiLink” aparat platforması, ən yeni Kirin çiplərinin hesablama imkanları, “HUAWEI HiAI” intellektual interfeyslərinin zəngin dəsti və mobil “HUAWEI” xidmətləri durur.

“HUAWEI HiAI” ağıllı cihazları üçün hesablama platforması – ekosistemin bütün dünyada kənar tərəfdaş geliştiricilər üçün “HUAWEI” çiplərinin, cihazlarının və bulud xidmətlərinin imkanlarını açan əsas elementidir.

Beləliklə, tətbiq geliştiriciləri cihazlarda mürəkkəb intellektual tapşırıqları idarə edərkən, enerji istehlakını effektiv şəkildə azaltmaq üçün “HUAWEI” çiplərinin bacarıqlı imkanlarına qoşulmağa səy göstərməlidirlər. Bulud xidmətlərinin imkanlarına çıxış isə öz növbəsində, yalnız hesablar, ödənişlər və mesaj çatdırma xidmətləri olaraq, “HUAWEI Mobile Services” platformasının əsas komponentlərini əhatə etmir, həmçinin pərakəndə kənar xidmətləri “HUAWEI Ability Gallery”nin strukturunda birləşdirir.

“HiAI” paketinə hazırda bir neçə əsas alət daxildir: mətnin tanınması; şəkillərin tanınması; üztanıma və kodun müəyyənləşdirilməsi. “HiAI” ekosisteminə, artıq 3500-dən artıq tərəfdaş və 40000-dən yuxarı tətbiq geliştiricisi qoşulmuşdur.

Smartfon və PK (Multi-screen Collaboration) arasında çoxekranlı qarşılıqlı əlaqə yeni funksiya hesab olunur. Bu, cihazlar arasında faylların ötürülməsini dəfələrlə sadələşdirəcək, smartfonun funksionallığını hesablama imkanları və böyük noutbuk ekranı ilə birləşdirərək, daha səmərəli işləməyə imkan verəcəkdir.

“HUAWEI” ekosisteminin qurulma strategiyası “1+8+N” adını almışdır. Sistemə daxil olan cihazları üç səviyyəyə bölmək mümkündür; bunlardan mərkəzi səviyyəni digər qacetlərə və xidmətlərə qoşulmaq üçün portal funksiyasını yerinə yetirən smartfonlar tutur.

Müxtəlif istifadə proqramları vasitəsilə yardımçı funksiyaları yerinə yetirən 8 növ mükəmməl cihaz orta səviyyəni təşkil edir. Bu, ağıllı saatlar, qulaqcıqlar, PK, planşetlər, səsgücləndiricilər, ağıllı eynəklər, avtomobil multimedia mərkəzləri və supertəkmil displeylərdir.

Xarici səviyyəyə – kənar tərəfdaşlar arasında ağıllı ev və ofis üçün həllər; qacetlər və səyahət; fitnes məşğələləri; sağlamlığın vəziyyətinin izlənilməsi üçün tətbiqlər; audio və videocihazların olduğu saysız həllər (N) daxildir. Ümumi proqram aparat platformasına – ekosistemə daxil olan bütün cihazlara bir-birinin imkanlarına çıxış əldə etməyə, həmçinin informasiya və məzmunu maneəsiz bölüşməyə imkan yaradır.

“HUAWEI” mobil xidmətləri hazırda dünyanın 170-dən çox ölkəsində aktivdir; HMS ekosisteminin aylıq fəal auditoriyası isə 390 milyon istifadəçi təşkil edir. HMS ilə, artıq 1 milyondan artıq kənar məzmun və tətbiq geliştiriciləri əməkdaşlıq edir.

“HUAWEI App Gallery”nin tətbiq qalereyasında, artıq 1,2 milyondan çox məhsul mövcuddur ki, bura, həmçinin ən populyar və tələb olunan tətbiqlər daxildir. İstifadəçilər tərəfindən həyata keçirilən yükləmələrin sayı isə 1 milyardı ötüb.

“HUAWEİ” Şirkəti ekosisteminin yaradılmasına, artıq 3 milyard dollar sərmayə qoymuşdur; həmçinin kənar tətbiq geliştiricilərini dəstəkləmək üçün 1 milyard sərf etmişdir. Kənar tətbiqlərin keyfiyyətini yüksətmək üçün Şirkət dünyanın müxtəlif bölgələrində yerləşən və kənar məhsulların sınaqdan keçirilməsində ixtisaslaşan səkkiz “DigiX Lab” laboratoriyası təsis etmişdir.

Kənar geliştiricilər üçün doqquz əsas paket – “Account Kit”; “Scan Kit”; “Wallet Kit”; “Map Kit” və s. – və tətbiqlərlə işin rahatlığını təmin edən beş xidmət daxil olmaqla, “HUAWEI Mobile Services” paketinin 14 əsas komponenti açıqdır. Bu günədək onlardan 45000-dən artıq kənar tətbiq istifadə edir və texnologiya mükəmməlləşdikcə yaranan yeni alətlərdən istifadə edənlərin sayının artması da istisna deyil.

oxu.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır