Beynin funksiyalarına malik ilk neyromorf şəbəkəsi hazırlanıb

  • 27 Dekabr 2019

ABŞ və yaponiyalı alimlər tərəfindən təqdim edilmiş neyromorf şəbəkəsi ondan elektrik enerjisi keçdikdə beynin funksiyalarına malik olur. Alimlər bildiriblər ki, onlar ilk dəfə nanomateriallardan süni beynin işlək modelini hazırlamağa nail olublar.

ABŞ və Yaponiyadan olan beynəlxalq tədqiqat qrupu çoxsaylı metal nanonaqildən ibarət olan neyromorf şəbəkəsi hazırlamağa müvəffəq olub. Bu şəbəkədən istifadə edən komanda beynin impulslarına bənzər impulslar yarada bilib. Məsələn, o, yadda saxlamaq, öyrənmək, unutqanlıq, sayıqlıq və sakitlik kimi xüsusiyyətlər nümayiş etdirə bilər.

Qurğunun ölçüsü 10 kv.mm təşkil edir. “Bizim neyromorf şəbəkəmiz əslində beynin işlək modelidir” – alimlər deyiblər.

techland.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır