Avtonom nəqliyyat vasitələrinin geniş istifadəsini artırmaq üçün şarj probleminə yönəlmiş bir çox yeni üsul hazırlanır. Bu üsullardan birini gərçəkləşdirməyə çalışan Volkswagen-in işlədiyi mobil şarj robotu ideyası park yerlərində sürücülərə böyük rahatlıq təmin edəcəkdir.
Zaman keçdikcə avtonom alternativlərə keçid artır. Tesla (“Model 3”), Porsche (“Taycan”), Audi (“e-tron”) kimi iddialı şirkətlərin nəqliyyat vasitələri isə bu keçidi sürətləndirir. Avtonom nəqliyyat vasitələri hal-hazırda müntəzəm şarj tələb edir və sürücülər nəqliyyat vasitələrini şarj stansiyalarında və ya evdə doldura bilirlər. Lakin, Volkswagen yeni alternativ üzərində işləyir.
Belə ki, Volkswagen Group Components-in mobil şarj robotu ilə tanış olun. Bu robot avtomobili şarj etmək üçün nəqliyyat vasitəsinin olduğu məkana gedə biləcək. Smartfonunuzdakı tətbiqlə və ya cihaza bağlı bir sistem ilə aktivləşdirilə bilən robot zəng etdikdən sonra gələ, şarj girişini aça və fişini nəqliyyat vasitəsinə bağlaya biləcək.

Hətta digər nəqliyyat vasitələrini belə şarj edə və şarj prosesi başa çatdıqdan sonra VW-in "batareya vaqonu" adlandırdığı enerji saxlama stansiyasına qayıda biləcək. Bu vaqonların hər biri 25 kVt/saat gücə malik olacaq və 50 kVt/saat sürətlə şarj edə biləcəklər. Kameraları, lazer skanerləri və ultrasəs sensorları ilə robot tam avtonom hərəkət edə, hətta yolundakı maneələri tanıya və lazım olduqda reaksiya verə biləcəkdir.
"VW" əlavə edir ki, park yerinin ölçüsündən və ya qapalı olub-olmamasından asılı olaraq, səyyar şarj prosesini həyata keçirən robotlar sayəsində gələcəkdə şarj stansiyalarının tikilməsinə belə ehtiyyac qalmayacaq.

Mobil şarj robotları, şarj stansiyasının mövcud olub-olmamasından asılı olmayaraq sürücülərə istənilən boş məkanda şarj imkanı imkan yaradacaq. Qısaca robot, doldurma stansiyasını birbaşa nəqliyyat vasitəsinə gətirəcək. Volkswagen Group Component-in rəhbəri Mark Möller, bu robotun avtonom nəqliyyat vasitələri üçün inqilabi olduğunu və sabit doldurma stansiyalarına ehtiyacı azalda biləcəyini söyləyib.
Hələlik, bu robot sadəcə xəyali məhsul olsa da VW yaxın gələcəkdə onu reallığa çevirə bilər. Qeyd edək ki, robotun istifadəyə veriləcəyi tarixlə bağlı hələlik rəsmi bir açıqlama yoxdur.
Sevinc Baba-zadə
CHİP.AZ