4K dron kamera 50 dəqiqə uça bilir

  • 27 Dekabr 2019

Zero Zero Robotics şirkətinin yaxında çıxacaq məhsulu v-Coptr Falcon 4K Dronu iki pərvanəsiylə təxminən 50 dəqiqə havada qala biləcəyi ifadə edilir. Dron, havada qalmaq üçün batareya da sərf etmir.

Kameralı drona sahib olanların ən çox şikayətləndiyi problemlərdən biri, dronlarının az havada qala bilməsidir. Dron istehsalçısı Zero Zero Robotics tərəfindən verilən şərhə görə, yaxında bazara veriləcək v-Coptr Falcon 4K dronu bu zamana qədərki bütün standartların üzərində olacaq.

v-Coptr Falcon 4Kin təxminən 50 dəqiqə havada qala biləcəyi bildirilərkən, dron kamera bunu batareya istifadə edərək deyil, üfüqi iki pərvanəylə təmin edəcək. Qismən V-22 Osprey vertolyotunun üfüqi pərvanə dizaynından ilhamlanan v-Coptr Falcon 4Kin daha çox uçuş zamanına çatmaq üçün ikiqat məhsuldardır.

Zero Zero Robotics müdiri Emili Vanq, cüt pərvanənin dörd pərvanəli vertolyotlara görə daha yığcam və məhsuldar olduğunu ifadə etdi. Vanq, yeni məhsulun aerodinamika olaraq da daha yaxşı olduğunu söylədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır