Nazirliyin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri, HDM-in “İKT innovasiya və startap ekosistemi” üzrə ölkə koordinatoru Rəşad Əzizov bu istiqamət üzrə görülmüş işlər, bu işlərin ölkədə aparılan innovasiya siyasəti ilə əlaqəsindən danışıb. O, qeyd edib ki, bu istiqamət üzrə kontakt şəbəkəsi formalaşdırılıb və innovasiya subyektlərinin nümayəndələri daxil edilib. O, həmçinin 2020-2021-ci illərdə ölkədə innovasiya istiqaməti üzrə həyata keçiriləcək layihələr barədə məlumat verərək, innovasiya ekosisteminin formalaşdırılmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.
“EU4Digital” layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi, “Ernst &Young” şirkətinin məsləhətlər xidmətlər üzrə meneceri Anar Cəfərzadə çıxışında layihənin əhəmiyyətindən danışıb, gələcək strateji addımların effektiv yerinə yetirilməsinin vacibliyi vurğulayıb.
Daha sonra İstiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər “Telekom qaydaları”, “e-Ticarət”, “Rəqəmsal Nəqliyyat Dəhlizlər”, “e-Səhiyyə”, “Etimad və Təhlükəsizlik”, “Kibertəhlüksizlik”, “e-Bacarıqlar” məsul olduqları istiqamətlər barədə iştirakçılara ətraflı məlumatlar veriblər.
Azərbaycanda bu sahələr üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər müzakirə edilib, rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.
Qeyd edək ki, “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsündə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir və Azərbaycan İKT innovasiya və startap ekosistemi” istiqaməti və “e-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir/