Kənd Təsərrüfatı Nazirliyi videokonfrans və monitorinq mərkəzi yaradır. Bu məqsədlə elan edilmiş tenderin qalibinin adı açıqlanıb: “Sinam” MMC.
Chip.az “Marja”-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi “Sinam” MMC ilə müqavilə imzalayıb. Məbləği 993 min 627 manat olan müqavilə "Videokonfrans və monitorinq mərkəzinin yaradılması üçün avadanlıqların satınalınması"nı nəzərdə tutur.
1994-cü ildə təsis edilmiş “Sinam” MMC Cənubi Qafqaz və Mərzkəzi Asiya regionunda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətidir.