Ekpert: Sosial evlərin satışı canlı yayımda təşkil olunsun

  • 26 Dekabr 2019

25 dekabr tarixində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışını həyata keçirsə də, satışla əlaqədar hələ rəsmi məlumat yaymayıb. Bununla yanaşı, satışla əlaqədar MİDA-nın sosial şəbəkə hesablarında vətəndaşlar narazılıqlarını bildirərək, sistemin gec açılmasını, mənzil əldə edə bilmədiklərini və s. qeyd ediblər.

Azərbaycan İnternet Forumunun prezidenti, İT üzrə ekspert Osman Gündüz onlayn satışda müşahidəçi olaraq iştirak edib.

“Müşahidə etdiklərimin hamısını hər zaman açıqlayıram. Monitorda gördüklərim əsasında deyə bilərəm ki, əvvəlki proseslərdən fərqli hər hansı bir hal müşahidə etmədim. Monitordan görsəndi ki ilkin seçim təxminən 11-12 saniyə  ərzində baş verib.

Bu gün reallaşan onlayn satışla bağlı mənim tanıyıb, rəyinə hörmətlə yanaşdığım xeyli sayda istifadəçilər sistem işə düşən anda bir neçə saniyəlik, 4-5 saniyəlik ləngimənin olduğunu iddia edirlər. Bildirirlər kiç əvvəllər belə hal olmayıb”,-deyə Osman Gündüz bildirib.

Ekspert qeyd edib ki, seçim prosesinin mahiyyəti elə qurulub kiç bir neçə saniyə, hətta bir saniyə də nəticəyə təsir edə bilir: “Bildiyim qədər MİDA təhlükəsizlik və botların qarşısını almaq üçün bu dəfə əlavə də tədbirlər görübmüş , CAPTCHA-nı da dəyişib.

Beləliklə, düşünürəm kiçğ, bu gün gerçəkləşən onlayn satışda əvvəlkindən fərqli situasiya olub. Bu yeni situasiyanın, sistemin ləngiməsinin səbəbləri araşdırılmalı və açıqlanmalıdır.

Düşünürəm ki, araşdırmadan sonra narazı və şikayətçi olan iddiaçılarla, müstəqil İT mütəxəssislərin iştirakıyla MİDA-da görüş keçirmək, birgə log fayllara baxmaq faydalı olardı. MİDA bütün şikayət və narazılıqların diqqətlə araşdırılacağını bildirib”.

O.Gündüz deyib ki, şəffaflığın təmin edilməsi məqsədilə insan iştirakını minimuma endirmək üçün İT-nin tətbiqini təqdir edir: “Bununla belə İT bacarıqları yetərli olmayanlar üçün əlavə seçim imkanları yaradılmasını vacib hesab edirəm və bunla bağlı təklifləri vermişik. Əgər növbəti onlayn satışlarda canlı yayım təşkil olunmayacaqsa onda mən müşahidə prosesində iştirakıma yenidən baxacam”.

Xeberler.az 

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır