AKİA FermerALES sistemini istifadəyə verib

  • 26 Dekabr 2019

"Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) "FermerALES" sistemini (“Agrarian Loan Estimation System”) fermerlərin istifadəsinə verib".

Chip.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AKİA-nın sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, bu sistem birbaşa olaraq fermerlər üçün nəzərdə tutulub. Onun vasitəsilə fermerlər əkin aparacaqları torpaq sahəsi, məhsulu və digər gəlir mənbələri haqqında məlumatları sistemə daxil edə biləcək.

"Sözügedən sistem fermerlərə təxminən hansı məbləğdə kredit ala biləcəkləri barədə ilkin məlumatları verə biləcək. Fermerlər isə onlara bankda sual verilərkən, vaxt itirmədən və çətinliyə düşmədən banka yaxınlaşan zaman sistemə bu suallara cavab vermiş olacaqlar. Fermerlər hətta sistemdən müvafiq çıxarış da çap edib banka yaxınlaşa bilərlər. Düşünürük ki, bu, fermerlərin maliyyə savadlılığı baxımından atılan çox vacib bir addım olacaq", - deyə M. Əliyev qeyd edib.

O həmçinin əlavə edib ki, bu gündən etibarən fermerlər akia.gov.az saytında bu alətdən yararlana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır