Xiaomi şirkəti ağıllı saatını təqdim edib

  • 26 Dekabr 2019

"Xiaomi" şirkəti ucuz "Haylou LS01" "ağıllı" saatını təqdim edib. Model idman funksiyalarına və pulsometrə malikdir. Qurğu düzbucaqlı 1,3 düymlük LCD displey və silikon kəmərlə təchiz edilib. Cihazın iç tərəfində pulsometr quraşdırılıb, aksesuar "IP68" standartı üzrə su və toza qarşı dayanıqlıdır. "Haylou LS01" aparatı 14 gün avtonom işləməyə imkan verən 210 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

"Xiaomi Haylou LS01" "smart" saatı funksiyalar baxımından eyni istehsalçının "Mi Band"nə uyğundur. Sözügedən "smart" saat daxili addımölçəndən başqa 9 təlim rejiminə malik xüsusi proqram təminatına malikdir. Həmçinin aksesuar yuxunun keyfiyyətinə nəzarət edə bilir, "ağıllı" zəngli saata malikdir. Qurğu "Android" və "iOS" sistemli smartfonlarla işləyə bilər.

"Ağıllı" saatın qiyməti 99 yuan təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır