Smartfonu gecə dolmağa qoymayın - SƏBƏB - VİDEO

  • 26 Dekabr 2019

Bütün gecə şarjda qalan smartfonun batareyası daha tez "ölür".

Chip.az BiG.AZ-a istinadən verdiyi xəbərə görə, bu barədə "Business Insider" yazır.

Nəşrin bildirdiyinə əsasən, adapteri tam dolmuş qacet elektrik şəbəkəsinə qoşulmuş qalsa, batareyanın kimyəvi tərkibi daha tez dəyişir, bu isə istifadə müddətinə və enerjinin bitmə sürətinə mənfi təsir göstərir.

"BatterieIngenieure" şirkətinin nümayəndəsi iddia edir ki, bütün böyük istehsalçıların smartfonlarda həddən artıq şarjlanmaya qarşı müdafiə sistemi quraşdırmalarına baxmayaraq, batareya korlanır. Lakin "Google" nümayəndəsi, batareya istehsalı və optimallaşdırılması üçün mövcud texnologiyaları nəzərə almaqla, bu tezisi köhnəlmiş adlandırır:

"Smartfonun batareyası 100% dolduqda, şarj cihazı elektrik ötürməsini faktiki olaraq dayandırır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır