WhatsApp-da yeni funksiya aktivləşir

  • 26 Dekabr 2019

“WhatsApp” tezliklə yeni funksiyasını aktivləşdirəcək.

Chip.az bildirir ki, “Independent”in xəbərinə görə, tətbiqdə “qaranlıq rejim” fəaliyyəti aktivləşəcək.

Məlumatda yeni funksiyanın tətbiqi ilə bağlı rəsmi xəbər olmadığı bildirilib.

Lakin “WaBetaInfo” saytının yayımladığı məlumatda bildirilir ki, “qaranlıq rejim” artıq “Android” istifadəçiləri üçün “WhatsApp” tətbiq yeniləməsinə daxil edilib.

Qeyd edək ki, noyabrın sonlarında “Facebook” “Android” əməliyyat sisteminin bəzi istifadəçiləri üçün “qaranlıq rejim” tətbiq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər