Alibaba-nın kapitallaşması 570 mlrd. dollara çatıb

  • 26 Dekabr 2019

Çinin dünyaca məşhur elektron ticarət şirkəti olan "Alibaba Group"un kapitallaşması 500 mlrd. ABŞ dollarını ötüb. Şirkət bu göstərici üzrə Asiyada lider oldu.

Chip.az "APA-Economics"ə istinadən verdiyi məlumata görə, şirkətin bu ilin yekunlarına görə bazar dəyəri 570 mlrd. dollar təşkil edib ki, bu da bir il əvvəlki analoji göstəricidən 60% çoxdur. Kapitallaşma üzrə dünya reytinqində “Alibaba Group” yeddinci yerdədir, ondan bir pillə yuxarıda isə 588 mlrd. dollarlıq kapitallaşma ilə “Facebook” qərarlaşıb.

Qeyd edək ki, analitiklər Asiyada texnoloji şirkətlərin səhmlərinin dəyərinin artım tendensiyasının gələn il də davam edəcəyini proqnozlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər