Bakı Metropoliteni yeni kondisionerlərin alışına 194 min manat xərcləyəcək

  • 26 Dekabr 2019

"Bakı Metropoliteni" QSC müxtəlif növ yeni kondisonerlər alır.

Chip.az "APA-Economics"ə istinadən verdiyi məlumata görə, QSC tərəfindən müxtəlif növ kondisionerlərin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə tamamilə xarici investora məxsus müəssisə – "Contek Ltd” qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 194 062 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər