ABŞ F-22 eskadriliyasının saxlanılması üçün 7 milyard dollarlıq müqavilə imzalayıb

  • 26 Dekabr 2019

ABŞ Hərbi Hava Qüvvələri F-22 “Raptor” stels qırıcılarının qorunub saxlanılması üçün “Lockheed Martin” şirkəti ilə bağladığı müqavilənin müddətini daha 5 il uzadıb.

Chip.az ordu.az-a istinadən xəbər verir ki, 5 illik müqavilənin dəyəri 7 milyard dollardır.

Qeyd olunur ki, şirkət 2032-ci ilə qədər təyyarənin baxımını, təmirini və digər texniki problemlərini öz üzərinə götürür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır