Çində hündürmərtəbəli bina söküntü məqsədi ilə partladılıb

  • 25 Dekabr 2019

Çinin Xunan vilayətində hündürmərtəbəli bina söküntü məqsədi ilə partladılıb.

Chip.az AZƏRTAC -a istinadən xəbər verir ki, mütəxəssislər vilayətin inzibati mərkəzi olan Çanşa şəhərində istifadəyə yararsız 19 mərtəbəli binanı hissə-hissə sökməyin səmərəsiz olduğunu hesab ediblər. Binanın söküntüsünün partlayış vasitəsi ilə həyata keçirilməsinə qərar verilib. Hündürlüyü 68 metr olan bina xeyli sayda partlayıcının eyni vaxtda işə salınması ilə 10 saniyə ərzində tamamilə çökdürülüb.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində inşa olunan bina vaxtilə Çanşa şəhərinin ən hündür və gözəgəlimli tikililərindən biri olub. Bina 6 il əvvələdək iri əczaçılıq şirkətlərindən birinin ofisi kimi istifadə olunub. Amma bir neçə il istifadəsiz qalan binanın mühəndis qurğularının və avadanlığının sıradan çıxması səbəbindən sökülməsinə qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır