Dünyanın ƏN ÇOX satılan smartfonları BUNLARDIR

  • 25 Dekabr 2019

2019-cu ilin üçüncü rübündə dünyanın ən çox satılan smartfonu yenə "iPhone XR" olub.

Chip.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "9to5mac" portalı "Counterpoint Research" tərəfindən edilən araşdırmaya istinadən yazır.

"Apple" şirkətinin qaceti smartfon bazarının 3 faizini ələ keçirib. Bundan əlavə, ilk üçlükdə Koreyanın "Samsung" şirkətinə məxsus "Galaxy A10" və "Galaxy A50" (müvafiq olaraq 2,6 və 1,9 faizlə) yer alıb.

İlk onluğa "Oppo A9", "iPhone 11", "Oppo A5s", "Samsung Galaxy A20", "Oppo A5", "Xiaomi Redmi A7" və "Huawei P30" daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır