Rusiya-Çin geniş gövdəli təyyarələri tək pilotlu ola bilər

  • 25 Dekabr 2019

Chip.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda 25 dekabr çərşənbə günü RİA Novostiyə Suxov Mülki Aviasiya Şirkətinin tədqiqat şöbəsinin müdiri Aleksandr Dolotovski məlumat verib.

"Biz bir pilotlu kabina konsepsiyası haqda ciddi şəkildə düşünürük", - Dolotovski deyib.

Belə bir laynerdə pilotun ən çox vaxt aparan işləri – indiki uçuş heyətlərində olduğu kimi uçuşun planlamasını yerinə yetirəcəyi qeyd olunur.

Uçuş özü isə avtomatik olaraq həyata keçiriləcək.

Dolotovski bu konsepsiyanın 2030-cu ilədək reallaşacağını qeyd edib.

Avqust ayında Çin-Rusiya uzun məsafəli sərnişin laynerinin baş dizayneri Maksim Litvinov təyyarənin ilk sınaq uçuşunun 2023-cü ilə gözlənildiyini bildirib.

Qeyd edək ki, Rusiya və Çin 2017-ci ildə yeni nəsil Rusiya-Çin təyyarəsi CR929 əsasında geniş gövdəli sərnişin təyyarəsi ailəsinin yaradılması məsələsini müzakirə etməyə başlayıb. Tərəflər təyyarənin digər aparıcı təyyarə istehsalçıları - Airbus və Boeing ilə rəqabət aparacağını gözləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır