ABŞ Hərbi Dəniz Qüvvələri “Flight III” DDG 51 sinfinə məxsus esmineslərə əlavə iki ədəd AN/SPY-6 radar sistemi istehsal etmək və quraşdırmaq üçün “Raytheon” şirkəti ilə müqavilə imzalayıb.
Chip.az ordu.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 250 milyon dollardır.
AN/SPY-6 radar sistemi gəmiləri ballistik və qanadlı raketlərdən, habelə inkişaf etmiş yer və hava təhlükələrindən qorunmaq üçün nəzərdə tutulub.