Xiaomi-nin ucuz ağıllı saatları - SATIŞA ÇIXARILDI - QİYMƏTLƏR

  • 25 Dekabr 2019

Xiaomi məşhur Mi Band fitness qolbağından daha ucuz başa gələn yeni saatları Çində satmağa başlayıb.

Yeni "ağıllı" saatlar üçün vəsaitlər Youpin platforması vasitəsilə toplanıb və məhsula tələbat o qədər böyük olunub ki, istifadəçilər ona 1,5 milyon dollar köçürüblər.

Chip.az FED.az-a istinadən xəbər verir ki, saatın qiyməti cəmi 17 dollardır. Yenilikdə 1,3 düymlük 240x240 piksel göstəricili displey, Bluetooth 4.2 və nəbzin monitorinqi sensoru quraşdırılıb.

Saatda, həmçinin sudan və tozdan müdafiə reallaşdırılıb, doqquz idman rejimi üçün proqram təminatı qurulub və o, 210 mAs-lıq batareyalarla təchiz edilib.

Ümumiyyətlə, yeni saat oxşar məhsulların əksəriyyətinin funksionallığını təkrarlayır, lakin istifadəçiləri ən çox məhz qiymət cəlb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır