Meteorit Rusiyanın peykini orbitindən çıxardı...

  • 25 Dekabr 2019

Rusiyanın “Meteor M No 2-2” peyki Yerətrafı orbitindən çıxıb və idarəolunmaz hərəkətə başlayıb.

Chip.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda məlumat “Roskosmos”un rəsmi saytında yayılıb.

Alimlər müəyyən ediblər ki, peykin periqeyi 2 km azalıb və ondan məlumatların göndərişi dayanıb. Bu da aparatın orbitindən çıxdığını təsdiqləyib. Ciddi nasazlığa səbəbin daha çox meteorit zərbəsinin ola biləcəyi güman edilir. Süni peykin daxilində də partlayış ola biləcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır