ByteDance TikTok üzərində nəzarət paketini satmağı düşünür

  • 24 Dekabr 2019

Çinin “ByteDance” şirkəti sosial şəbəkədə qısa “TikTok” videoçarxlarının hazırlanmasına nəzarət paketini satmağı düşünür. Səhmin dəyəri 10 mlrd. dollar xeyli ötə bilər. Bu barədə “Bloomberg” məsələ ilə əlaqədar mənbələrə istinadən xəbər verir.

Səbəb kimi ABŞ-ın iddiaları göstərilir. Belə ki, “TikTok” bir neçə dəfə amerikan istifadçilərinin məlumatlarını toplayaraq Çinin xüsusi xidmət orqanlarına ötürüb. Amerikanın hökumət dairələri bildiriblər ki, tətbiq milli təhlükəsizliyi təhlükə altında qoyur və araşdırmalar aparılmasını tələb ediblər.

Mənbələrdən əldə edilən məlumata görə, səhmdarlar arasında “SoftBank Group”, “Sequoia Capital” və “Susquehanna İnternational Group” var. Bundan başqa, “ByteDance” amerikan tənzimləyicilərinin qadağalarından qorunmaq üçün hüquqşünaslara müraciət imkanını da nəzərədən keçirir. Nə qədər ki, “TikTok” ancaq mümkün variantları müzakirə edir, qəti qərar hələ qəbul edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır