Əvəzedilməz bir təcrübə idi - Huawei tərəfindən Çinə göndərilmiş tələbələrin təəssüratları - FOTO

  • 24 Dekabr 2019

İnformasiya və kommunikasiya texnologiyaları üzrə dünya liderlərindən biri olan “Huawei” şirkəti “Seeds For The Future” korporativ layihəsini növbəti dəfə Azərbaycanda keçirib. Artıq bir neçə il ölkəmizdə “Huawei” tərəfindən keçirilən bu layihə İKT-sektorunda çalışan istedadlı gənclərinin aşkar edilməsi və onların gələcəkdə “Huawei” ailəsinin bir hissəsi olunmasında xüsusi rol oynayır.

Cari ilin 10 oktyabr tarixində keçirilən tədbirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Huawei” şirkətinin nümayəndələrindən ibarət olan münsiflər heyəti müsabiqədə iştirak etmiş 10 tələbəni seçib və onlar, təcrübə yığmaq, o cümlədən seminar və təlimlərdə iştirak etmək məqsədi ilə 15-günlük Çinə, “Huawei” şirkətinin baş ofisinə göndərilib.

Həmin 10 nəfər tələbələrindən ikisi, Lalə Əsgərova və Bəylər Bayramov səfərlə bağlı öz təəsüratlarını bizimlə bölüşüb.

“Bu proqram haqqında məlumatı ADA Universitetdə keçirilən məlumat sessiyasından aldım və müraciət etməyi qərarlaşdırdım. Zənnimcə, kreativliyim, İKT sahəsinə marağım və digər biliklərimə əsasən seçildiyimi düşünürəm”, - Lalə Əsgərova deyə bildirib.

Bəylər Bayramovun fikrincə isə, o, İT sahəsində olan bilikləri və prezentasiya bacarığına görə seçilib:

“Eyni zamanda altı ay xaricdə “exchange” program ilə təhsil almışdım və orada əldə etdiyim biliklərimin də təsir etdiyini düşünürəm”.

Səfərə gəlincə isə, uzun yol qət etdiyinə rağmən, hər iki tələbə bu səfərin faydalı olduğuna şübhə etmir.

“Təlimlər bir çox mövzularda oldu ancaq əsas təlimlər 4G və 5G konfiqurasiyası haqqında oldu. Biz özümüz 4G və 5G konfiqurasiyasını kodlaşdırıb internet əldə edirdik”, - Bəylər Bayramov deyir.

Lalə Əsgərovanın sözlərinə görə, “2-həftəlik proqram tamamilə incəliklə müəyyən olunmuş və peşəkarlıqla icra olunub”.

“Şenjenda ilk gün ilk təlimçimiz bizə orada işləməyin üstünlükləri, maraqlı iş şəraiti və digər ümumi məlumatlar verdi. Sonraki günlərdə isə təlimçilərdən digərləri xüsusi mövzular ilə bağlı bizi aydınladırdı”, - Əsgərova deyə bildirib.

Bayramov isə “Huawei”-in baş ofisinin haqqında öz təəsüratlarını bölüşüb: “Huawei”-in ofisin ümumi sahəsi 25 hektar idi və nahar fasiləsində ele oranı gəzirdik. İşdən sonra bir dəfə gid bizi Light Show-a aparmışdı. 4 tərəfiniz hündür binalar ilə əhatə olunmuş bir yerdir və siz ortada durursunuz. Bütün binalar eyni vaxtda işıqlandırılır. 10-15 dəqiqəlik bir şoudur və bu mənim həyatımda gördüyüm ən maraqlı şou idi”.

“Qayıtdıqdan sonra ADA Universitetində müəllimimizlə danışdıq və necə 4G və 5G konfiqurasiyasını öyrəndiyimiz haqda məlumat verdik. Bu haqda bilən çox az adam var, xüsusilə də Azərbaycanda. Bu təcrübə doğrudan da əvəzedilməzdir”, - Bayramov deyib.

Tələbələr həmçinin Çin mədəniyyəti ilə tanış olub. “Şəhər gəzintisi Çində keçirdiyimiz 2 həftənin ən maraqlı hissəsi idi. Pekində “Yasaq Şəhər”, “Böyük Çin Həddi”ni, Şenjendə isə “Shenzhen Museum”, “Splendid China”-ya səfər etmişdik”, - Əsgərova deyir.

 

  •  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır