Total ABŞ-ın Apache şirkətinə 100 milyon dollar bonus ödəyəcək

  • 24 Dekabr 2019

Fransanın “Total” neft şirkəti Surinamdakı dəniz blokunu inkişaf etdirmək üçün əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, ABŞ-ın “Apache” şirkətinə 100 milyon dollar bonus ödəyəcək.

Chip.az AZƏRTAC-a istinadən şirkətə istinadla xəbər verir ki, “Total” layihə üzrə operator olacaq və Surinamda özünün dərin su təcrübəsini tətbiq edəcək. Beləliklə “Total” əlverişli neft əyaləti olan Qayana-Surinam hövzəsində mövqeyi genişləndirir.

Razılaşmaya əsasən, Surinamdakı “Blok 58”də “Apache” və “Total”ın 50 faizlik iş sahəsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər