Gözlərinizi smartfonlardan belə qoruya bilərsiz - VİDEO

  • 24 Dekabr 2019

Telefon şüalarının gözlərimiz üçün ziyanlı olduğunu bir çoxlarımız bilirik, lakin zamanəmidə smartfonsuz yaşamaq təsəvvürolunmazdır.

Chip.az-ın minsknews-a istinadən verdiyi xəbərə görə, tibb elmləri namizədi, oftalmoloq Tatyana Pavlova cib telefonundan tez-tez istifadə edənlərə gözləri qorumaq üçün məsləhətlərini verib.

Mütəxəssisin fikrincə, görmə qabiliyyətinin zəifləməsinin əsas səbəbi smartfona yaxın məsafədən baxmaq, düzgün olmayan işıqlandırma və ya səhv pozasıdır.

Smartfonunuzu nə qədər müddətdə istifadə edə biləcəyinizi bilmək üçün vaxtında oftalmoloqlara müraciət etmək lazımdır. Gözü zəif olanlar gözlərini yükləməməlidir və qacetlərindən uzaq yerdə yatmalıdırlar. Bunun başqa müalicəsi yoxdur.

İşdə daim telefondan istifadə etməli olduğunuz halda isə, tez-tez ekrandan gözünüzü çəkib uzaq nöqtəyə baxmaq məsləhətdir.

Gözlərinizi qorumaq üçün onlara hər 30-40 dəqiqədən bir istirahət verin, təmiz havada vaxt keçirin, günəş əleyhinə eynəklərdən istifadə edin. Göz üçün xüsusi məşqlər də mövcuddur. Bunlardan əlavə, qidalanmaya da fikir vermək lazımdır: müxtəlif vitminlərin qəbulu və bol su içmək gözləriniz üçün faydlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər