Apple-a meydan oxuyan türkiyəli hakerə hökm oxundu

  • 24 Dekabr 2019

"Apple"ın fərdi yaddaş tətbiqi olan "iCloud"u qırdığı görüntüləri "Youtube" platforması üzərindən paylaşaraq, ABŞ-ın ən iri şirkətlərindən olan "Apple"ı təhdid edən 22 yaşlı türkiyəli haker Kərəm Albayrağa hökm oxunub.

Chip.az qaynarinfo.az-a istinadən xəbər verir ki, 250 milyondan çox iPhone və iPad-i zavod parametrlərinə qaytaracağını deyərək, Apple-dən pul və iTunes kuponu istəyən Albayraq hakim qarşısına çıxıb. İngiltərə məhkəməsi onun barəsində 2 il təxirə salınmış həbs qərarı çıxarıb. Bundan başqa gənc hakerə 300 saatlıq inzibati iş də kəsilib. Beləliklə, o 6 ay boyunca elektron qolbaq taxmalı olacaq.

Xatırladaq ki, 22 yaşlı haker ABŞ-ın texnologiya nəhəngindən 133 min funt-sterlinq dəyərində bitkoin və 837 funt-sterlinq dəyərində iTunes kuponu tələb etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır