Facebook yenə bacarmadı: milyonlarla istifadəçinin...

  • 24 Dekabr 2019

Facebook 2019 bitmədən yeni bir skandal xəbər ilə gündəmə gəlir. Sosial media nəhəngi şirkət bu səfər 267 milyon istifadəçinin şəxsi məlumatlarını, nömrələrini, ad və soyadlarını internetə sızdırıb. Təxminən 2 həftə açıq şəkildə yayımlanan məlumatları Comparitech təhlükəsizlik şirkətinin mütəxəssisi Bob Diachenko aşkar edib. Bob-un təxminlərinə görə bunu edən kibercinayət dəstəsidir.

Məlumatlar 14 Dekabrda kəşf olunub və tapılan nəticələrə görə SMS Pishing və Spam üçün istifadə olunub. Həmçinin məlumatlar xakerlərin istifadəsi üçün forumlara göndərilib.

Sızdırılan məlumatlarda nəinki Facebook. hətta Facebook ilə əlaqələndirilən digər platformaların da dataları yer alır. Mütəxəssislərin dediklərinə görə sızdırılan məlumatlar daha çox ABŞ istifadəçilərinə məxsusdur. Bob Diachenko təxmin edir ki, bu məlumatların sızdırılmasında Facebook APİ-lərinin istifadəsi böyük rol oynayır. Hələki Facebook rəsmiləri tərəfindən verilən bir açıqlama yoxdur. Təhlükəsizlik mütəxəssislərinin məsləhəti odur ki, profillərinizdə 2 faktorlu təsdiqləmə istifadə edəsiniz. Həmçinin təhlükəsizlik ayarlarını Public olaraq hər kəsə açmayın. Facebook girişləri istəyən sayt və tətbiqlərdən isə uzaq durmağınız məsləhətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır