Estoniyada elektrik skuterlərin icarəsi xidmətinə başlanılacaq

  • 24 Dekabr 2019

Estoniyanın Vilyandi şəhərində yaz mövsümündən başlayaraq elektrik skuterlərin icarəsi xidmətinə başlanılması planlaşdırılır.

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropanın avtomobil və skuter xidmətləri göstərən qabaqcıl nəqliyyat platforması olan “Bolt” şirkətinin rəhbərləri ilə Estoniyanın hökumət nümayəndələri Vilyandidə şirkətin elektrik skuterlərini icarəyə götürmək imkanlarını müzakirə etmək üçün görüşüblər.

“Vilyandi innovativ həllərin tətbiqini daim alqışlayır. Elektrik skuterlər çox məşhurdur və onlar şəhər konsepsiyasına mükəmməl uyğunlaşır”, - deyə Vilyandi şəhərinin meri Madis Timpson söyləyib.

“Bolt” şirkətində elektrik skuter bölməsinin rəhbəri Tomas Tammus Vilyandi şəhərində elektrik skuterlərə böyük marağın göstərməsinin müsbət hal olduğunu bildirib. Qeyd edib ki, Vilyandi elektrik skuterdə gəzmək üçün olduqca uyğun şəhərdir.

“Burada qət edilməli məsafələr elektrik skuterlər üçün uyğundur və şəhərdə nəqliyyatın hərəkəti paytaxt küçələri ilə müqayisədə sıx deyil. Ümid edirəm ki, danışıqlar uğurla yekunlaşacaq və sakinlər yazda Vilyandi küçələrində “Bolt” şirkətinin skuterlərini görə biləcəklər”, - deyə Tommas Tammus əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır