Outsourcing nədir?

  • 23 Dekabr 2019

Autsorsinq (outsourcing) ingilis sözüdür, “outside resource using” (kənar qaynaqdan yararlanmaq) söz birləşməsindən yaranıb. Biznes dilində desək, şirkətin profilinə aid olmayan funksiyalarının digər ixtisaslaşdırılmış peşəkar tərəfdaşlara ötürülməsi sayəsində şirkətin fəaliyyətinin optimizasiya vasitəsidir. Hazırda bazarda bu sahə ən çox tələb olunan xidmətlərdən biri autsorsinq xidmətidir.

  “Autsorsinq” sözü termin olaraq ilk dəfə 1989-cu ildə “Eastman Kodak” şirkəti tərəfindən istifadə edilmişdir. Onlar İT xidmətlərini başqa şirkətə ötürməklə bu istiqamətdə daha üstün keyfiyyət göstəricilərinə nail ola bildilər. Autsorsinq xidmətləri sektorunda hazırda əsas oyunçular – İT, hüquq və auditor şirkətləridir.

Autsorsinq xidmətlərinin növləri:

autsorsinq-xidmetleri.jpg

Autsorsinq xidmətlərinin formaları:

  • Tam autsorsinq – şirkətin müəyyən bir prosesinin tam halda kənar bir quruma verilməsi. Misal: “Microsoft Corporation” işçilərinin ixtisasartırma kurslarını autsorsinq şirkətə həvalə edillib;
  • Hissəvi autsorsinq – şirkətin müəyyən proseslərinin yalnız bir hissəsinin kənar bir təşkilata həvalə edilməsi. Misal: “General Motors” avtomobillərinin istehsalında yalnız bir xəttin avtomatlaşdırılması işini “Electronic Data Systems” şirkətinə həvalə edib;
  • Təkmilləşdirilmiş autsorsinq – autsorsinq xidmətlərinin yeni istiqamətlərindən biridir. Burada söhbət şirkətin bir neçə funksiyasının kənar şirkətlərə verilməsindən gedir. Misal: “Apple Computer” korporasiyası 70% istehsalat funksiyalarını “Tokyo Electric Power Company”, “Regis Mckenna” kimi şirkətlərə autsorsinq edib.

outsourcing-outsorsinq.jpg

Nəticə: Autorsinq müəyyən xərclərdən azad olmaq (və ya qənaət etmək) üçün şirkətlərinin geniş istifadə etdiyi bir xidmətdir. Bu zaman şirkətlər hər hansı bir xidməti icra etmək üçün həmin xidmət üzrə ixtisaslaşmış kənar şirkətlərə və ya mütəxəssislərə müraciət edirlər. Bütün hallarda autsorsinq xidmәtinin uğuru üç amildən asılıdır:

  • Autsorsinq xidmәtinә şirkәtin rәhbәrliyi sәviyyәdә dәstәk;
  • Әlaqәli işçilәrlә geniş ünsiyyәt;
  • Müştәrilәrin öz xidmәt tәminatçılarını idarәetmә qabiliyyәtlәri.

kriptoinvest.az

chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır