KİV: Ferrari Şarl Leklerlə yeni müqavilə bağlayıb

  • 23 Dekabr 2019

"Formula 1" üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandası Şarl Leklerlə yeni müqavilə bağlayıb.

Chip.az “Report”a istinadən verdiyi məlumata görə, İtaliya təmsilçisi ilə 22 yaşlı pilot arasında sözləşmənin müddəti 2024-cü ilə qədər uzadılıb.

Bildirilir ki, 2020-ci il mövsümünə qədər olan müqavilə ilə müqayisədə, monakolu sürücünün mövsümlük qonorarı 3 dəfə artaraq 9 milyon avro təşkil edir.

Qeyd edək ki, cari mövsüm “Ferrari”də debüt edən Şarl Lekler 264 xalla 4-cü olub və komanda yoldaşı Sebastyan Fetteli 24 xal qabaqlayıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər