Ayda ən uzun müddətli iş rekordu qırıldı

  • 23 Dekabr 2019

Bəşəriyyətin kosmos macərasındakı ilk dayanacaq sayıla biləcək olan təbii peykimiz Ay üzərindəki araşdırmalar davam edir. Ay üzərində iş görən ölkələrdən biri olan Çin isə, Ayda ən uzun müddət işləyən vasitə rekordunu qırmağı bacardı.

Chip.az deyerler.org-a istinadən bildirir ki, planetimizin təbii peyki olan Ay, insanlığın kosmosa açılmasındakı ilk dayanacaq sayıla bilər. Bu baxımdan da olduqca əhəmiyyət ifadə edən Ayın digər planetlərə görə bizə daha yaxın olması da elm insanlarının peykimizin üzərindəki araşdırmaların keçirməsində əhəmiyyətli dərəcədə iştirak edir.

Aya insanlı və insansız bir çox uçuş reallaşdırılmasına baxmayaraq hələ öyrənəcəyimiz bir çox şey var. Bu səbəblə müxtəlif kosmos agentlikləri, Ayı daha yaxşı və daha ətraflı kəşf etmək üçün kosmos vasitələri göndərməyə davam edir. Planetimizin peykinə kosmos vasitəsi göndərən ölkələrdən biri də Çindir.

Ay üzərində araşdırmalar aparan Çin və Çinin kosmos vasitəsi Yutu-2 də Ayda ən uzun müddət iş rekordunu qırmağı bacardı. Yutu-2 vasitəsindən əvvəl bu rekordu əlində tutan vasitə isə Lunoxod-1 adlı kosmos vasitəsi idi.

3 yanvar tarixindən bu yana Ayda olan Yutu-2, 11 aydan çox peykimizin səthində işləyir. Rekordun əvvəlki sahibi olan 10 noyabr 1970-ci ildə göndərilən və 17 noyabr 1970-ci ildə Aya eniş edən Lunoxod-1 isə 10,5 ay boyunca Ayın səthində işləmişdi.

Ay kosmik vasitəsi, Ayda bu ana qədər 345 metr yol qət etməyi bacardı. Ortalama bir insanın bir neçə dəqiqədə ala biləcəyi bu məsafə olduqca qısa görünsə də, günəş enerjisiylə işləyən bir maşın üçün bu məsafəni qət etmək çox da asan deyil.

Bundan əlavə, Aydakı gecə və gündüz müddətləri dünyaya görə çox daha uzundur. Hər bir dövr təxminən 14 gün davam edir. Yəni vasitə iki həftə boyunca yol ala bilərkən, ondan sonrakı iki həftə boyunca günəş işığı olmaması səbəbiylə yuxu rejimində qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır