Uber Kolumbiyada qadağan edilib

  • 21 Dekabr 2019

Kolumbiya Sənaye və Ticarət Ofisi ölkədə “Uber”in fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Chip.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat ofisin saytında dərc edilib.

Qeyd olunub ki, “Uber” bazarı tənzimləyən qaydaları pozur və yerli taksi operatoru “Cotech” şirkətindən müştərilərin axınına səbəb olur.

Qərar imzalandıqdan sonra qüvvəyə minib. Hazırda “Uber” Kolumbiyada xidmət göstərməyi dərhal dayandırmağa borcludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər