ABŞ Hərbi Dəniz Qüvvələrin (HDQ) hərbçilərinə kiber təhlükəsizlik təhdidləri səbəbindən hökumət tərəfindən verilən telefonlarda “TikTok” tətbiqetməsini istifadə etmək qadağan edilib.
Chip.az “Report”a istinadən xəbər verir ki, iş telefonu istifadəçiləri “TikTok” tətbiqini cihazdan silməlidir. Bu tələbi yerinə yetirməyən hərbçilər HDQ-nın intranetində və Dəniz Korpusunda (Navy Marine Corps İntranet) bloklanacaqlar.