Romanın Fyumiçino aeroportunda biometrik üztanıma ilə qeydiyyat tətbiq olunmağa başlayıb

  • 21 Dekabr 2019

Romanın “Fyumiçino” aeroportunda biometrik üztanıma ilə qeydiyyat tətbiq olunmağa başlayıb.

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu proses ENAC və Dövlət Polis Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçiriləcək. Bu qeydiyyat könüllüdür və xüsusi quraşdırılmış cihazdan keçənlərin şəxsi məlumatları orada saxlanılmır.

İnteraktiv cihazdan keçən sərnişinin sifəti skanerdən keçirilərək onun şəxsi məlumatları əks olunur. Hələ ki bu sistem yalnız Amsterdama uçan sərnişinlərə tətbiq olunacaq. Gələcəkdə bunun bütün aeroport ərazisində quraşdırılması nəzərdə tutulub.

Roma aeroportu Avropada bu sistemi tətbiq edən azsaylı qurumlardan biridir. Bu hava limanı 2019-cu ildə ikinci dəfə dalbadal Avropanın ən yaxşısı seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır