Google şirkətini 150 mln avro cərimə etdilər

  • 21 Dekabr 2019

Fransa Rəqabət Təşkilatı axtarış botlarında reklam verənlərə qarşı ayrı-seçkilik etdiyinə görə internet nəhəngi "Google" şirkətini 150 mln avro cərimələyib.

Chip.az "Report"a istinadən xəbər verir ki, "Google" bazardakı dominant mövqeyindən sui-istifadə edib. Şirkət eyni zamanda Fransa Rəqabət Təşkilatının qərarına etiraz edəcəyini bildirib.

Xatırladaq ki, Fransa Milli İnformasiya və Azadlıqlar Komissiyası (CNIL) bu ilin yanvar ayında istifadəçilərin şəxsi məlumatlarının istifadəsi ilə bağlı dəqiq məlumat vermədiyi üçün "Google" şirkətini 50 milyon avro cərimə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır